BMT Baş katibi: Livanın Qəzzaya çevrilməsinə imkan verilməməlidir Dünya

BMT Baş katibi: Livanın Qəzzaya çevrilməsinə imkan verilməməlidir

Livanın Qəzzaya çevrilməsinə imkan verilməməlidir.

Bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərkən deyib.

O bildirib ki, Livan uçurumun kənarındadır.

Baş katib Fələstində baş verənlərə də toxunub. “Fələstinlilərin kollektiv cəzalandırılmasına heç nə haqq qazandıra bilməz. Cəzasızlıq, qeyri-bərabərlik və qeyri-müəyyənlik dayanıqlı olmayan dünyaya qapı açır”, - Quttereş vurğulayıb.