İsrail ordusunun Şimal Komandanlığının rəisi Hizbullahı quru əməliyyatı ilə hədələyib Dünya

İsrail ordusunun Şimal Komandanlığının rəisi Hizbullahı quru əməliyyatı ilə hədələyib

Ordu Livanda Hizbullaha qarşı qurudan hücuma “güclü şəkildə hazır olmalıdır”.

APA “The Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) Şimal Komandanlığının rəisi general-mayor Ori Qordin deyib.

O, son günlər həyata keçirilən hava əməliyyatı nəticəsində Hizbullahın imkanlarına çox əhəmiyyətli zərbə endirildiyini vurğulayıb.

“Biz təhlükəsizlik vəziyyətini dəyişməliyik. Biz Livana qurudan manevrlə daxil olmaq üçün çox güclü şəkildə hazır olmalıyıq”, - o əlavə edib.