Qaxariyanın seçki siyahısında azərbaycanlı yoxdur Dünya

Qaxariyanın seçki siyahısında azərbaycanlı yoxdur

Keçmiş Baş nazir Girogi Qaxariyanın rəhbərlik etdiyi "Gürcüstan Üçün" müxalif partiyası 25 sentyabr tarixində proporsional seçki siyahısın təqdim edib.

Gürcüstan mətbuatı xəbər verir ki, Giorgi Qaxariya partiyasının seçki siyahısında birinci nömrədir.

Belə ki, ümumilikdə 29 nəfər təqdim edən Qaxariya partiyasının seçki siyahısında etnik azlıqlara yer verməyib. 29 nəfərdən ibarət siyahıya baxdıqda nə Gürcüstan azərbaycanlısı, nə də erməni siyahıda yer verilib.

Bu addım partiyanın tərkibindəki etnik azlıqların təmsilçiliyinin olmaması ilə bağlı tənqidlərə yol açır. Gürcüstan cəmiyyətində etnik müxtəliflik mühüm bir yer tutduğundan, siyahıda azlıqların təmsil olunmaması partiyanın inklüzivlik siyasətinə dair suallar yaradır.

Cavid