Kreml: Rusiya nüvə arsenalını artırmağı planlaşdırmır Dünya

Kreml: Rusiya nüvə arsenalını artırmağı planlaşdırmır

Rusiya nüvə arsenalını artırmağı planlaşdırmır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, sentyabrın 25-də Təhlükəsizlik Şurasında bu barədə heç bir söhbətin getmədiyini söyləyib.

Putinin sözçüsü yenilənmiş nüvə doktrinasının mətninin dərci ilə bağlı qərar qəbul edilərsə, Kremlin vaxtında məlumat verəcəyini vurğulayıb.