Ərdoğan Türkiyəyə dönüb Dünya

Ərdoğan Türkiyəyə dönüb

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında iştirak etmək üçün getdiyi ABŞ-dakı səfərini başa vurduqdan sonra Türkiyəyə dönüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “En son haber” xəbər saytı məlumat paylaşıb.
Qeyd edilir ki, Prezidenti Atatürk Hava Limanında vitse-prezident Cəvdət Yılmaz, Gənclər və İdman naziri Osman Aşkın Bax, İstanbul valisi Davud Gül və digər rəsmi şəxslər qarşılayıblar.
R.T.Ərdoğan ilə həyat yoldaşı Əminə Ərdoğan, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraqdar, Xəzinə və Maliyyə naziri Mehmet Şimşək, Sənaye və Texnologiya naziri Mehmet Fateh Kacır, Ticarət naziri Ömər Bolat, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın, Prezident Administrasiyasının kommunikasiyalar direktoru Fəxrəddin Altun, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Qılınc da İstanbula gəlib.
Prezident qarşılanmadan sonra hava limanını tərk edib.