Nazir Narin Güran cinayətindən danışıb Dünya

Nazir Narin Güran cinayətindən danışıb

Türkiyənin Daxili İşlər naziri Əli Yerliqaya Diyarbakırda cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaqı ilə bağlı açıqlama verib. Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” qəzeti məlumat paylaşıb.
Məlumatda qeyd edilir ki, Türkiyənin “A Haber” kanalının canlı yayımında olan nazir gündəmlə bağlı açıqlamalar verib və sualları cavablandırıb. O, Narinin öldürülməsi ilə bağlı aparılan istintaqla əlaqəli danışaraq qeyd edib ki, bu cür dramın, faciənin baş verməməsi üçün həm dua edirik, həm də səy göstəririk: “Bu hadisə uzun müddət danışılacaq. Millət, cəmiyyət, ailə olaraq öyrənməli olduğumuz çox dərslər olduğunu düşünürəm. İstintaqı Diyarbəkir Respublika Baş Prokurorluğu aparır. Çox böyük bir səy göstərildiyini görürəm. İnanıram ki, bu hadisə çox keçmədən aydınlaşacaq”.
O, həmçinin ədliyyə nazirinin də vaxtaşırı bu məsələ ilə bağlı açıqlamalar verdiyini bildirərək tezliklə bu məsələyə aydınlıq gətiriləcəyinə və ədliyyə nazirinin bunu xalqla bölüşəcəyinə ümid etdiyini deyib.