Rusiya indiyə qədər 649 170 hərbçisini itirib Dünya

Rusiya indiyə qədər 649 170 hərbçisini itirib

Ukrayna müharibənin 947-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Xalq Cəbhəsi" Ukrayna Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya indiyə qədər 649 170 hərbçi, 8 846 ədəd tank, 17 396 ədəd zirehli döyüş maşını, 18 678 ədəd artilleriya sistemi, 1 199 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 961 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 411 ədəd avtomobil texnikası, 16 031 ədəd PUA, 2 593 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 192 xüsusi avadanlıq itirib.

Cavid