Zelenski Rusiyaya zərbələr endirmək üçün icazə almadan ABŞ-ı tərk edəcək Dünya

Zelenski Rusiyaya zərbələr endirmək üçün icazə almadan ABŞ-ı tərk edəcək

Ukrayna prezidenti Vladimir Zelenski Qərb silahları ilə Rusiyanın dərinliklərinə endirilən zərbələrə qoyulan məhdudiyyətlərin götürülməsinə nail olmadan ABŞ-dan qayıdacaq.

Bu barədə “The Times” qəzetinin materialında deyilir.

Nəşr qeyd edir ki, Ukrayna rəhbəri ABŞ prezidenti Co Bayden və ABŞ vitse-prezidenti Kamala Harrislə görüşdə şəxsən Britaniyanın “Storm Shadow” raketlərinin və Amerikanın ATACMS-lərinin Rusiya Federasiyasına hücumlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını xahiş edib. Bununla belə, “Vaşinqtonun uzaqmənzilli raketlərdən istifadəyə yanaşmasında heç bir dəyişiklik elan edilməyib”, materialda deyilir.

Cavid