NATO-nun Finlandiyadakı mənzil-qərargahı Rusiya ilə sərhəddən 140 kilometr aralıda yerləşəcək Dünya

NATO-nun Finlandiyadakı mənzil-qərargahı Rusiya ilə sərhəddən 140 kilometr aralıda yerləşəcək

Finlandiya Müdafiə Nazirliyi NATO quru qüvvələrinin qərargahını Mikkeli şəhərində yerləşdirməyi planlaşdırır,

Finlandiyanın müdafiə naziri Antti Hakkänen brifinqdə deyib. Onun sözlərini TASS sitat gətirir.

Rusiya sərhədindən 140 kilometr və Sankt-Peterburqdan 300 kilometr aralıda yerləşən Mikkelidə artıq Finlandiya quru qoşunlarının qərargahı yerləşir.

Daha əvvəl KİV Mikkelidə ölkə ordusunun şəxsi heyəti ilə yanaşı, onlarla xarici zabitin də yerləşdiriləcəyini yazmışdı.

Cavid