Biz Amerika tərəfinə çox dəqiq bir mesaj verdik - Kobaxidze Dünya

Biz Amerika tərəfinə çox dəqiq bir mesaj verdik - Kobaxidze

"Hər şey Amerika tərəfinin üzərindədir - münasibətlər bu şəkildə davam etməməlidir, əks təqdirdə, biz mövcud status-kvonu yenidən nəzərdən keçirməli olacağıq".

Bu barədə ABŞ-dan qayıdan Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfinin ünsiyyət problemi yoxdur.

"Bizim ünsiyyət imkanımız var. Tbilisidə görüş keçirildi, o cümlədən bir neçə gün əvvəl səfir ilə də görüşümüz oldu. Biz Amerika tərəfinə çox dəqiq bir mesaj verdik və bu mesaj, o cümlədən, ictimaiyyətə də açıqlandı. Biz bildirdik ki, münasibətlər bu şəkildə davam etməməlidir, əks təqdirdə, biz mövcud status-kvonu yenidən nəzərdən keçirməli olacağıq".

Cavid