"Paşinyan ordusunda təmizləmə işləri apara bilmir" Dünya

"Paşinyan ordusunda təmizləmə işləri apara bilmir"

Naxçıvan istiqamətində Ermənistan tərəfindən atəşkəsin pozulması təsadüfi deyil..

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla dövlət sərhədinin delimitasiyası ilə bağlı imzalanmış müddəaların əsas qanuna uyğun olmasını təsdiq edib. Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ -da görüşüb.

ABŞ dövlət katibi E.Blinkenin vasitəçiliyi ilə baş tutan bu görüş ikitərəfli danışıqların müsbət istiqamətdə irəliləməsinə töhfə verir. Bunun ardınca, Naxçıvan istiqamətində sərhəddə Ermənistan tərəfindən atəşkəs pozulub:

"Göründüyü kimi, Ermənistan Konustitusiya Məhkəməsi qərar verdiyi və xarici işlər nazirlərinin görüşü fonunda atəşkəsin pozulması təsadüfi deyil. Ermənistan ordusunda siyasi anlaşmaları sabotaj edən qüvvələr var. N. Paşinyan ordusunda təmizləmə işləri apara bilmir.

Ermənistan hökuməti orduda təxribatçı qüvvələri təmizləməyincə proses davam etdikcə təxribatlara gediləcək. Hətta Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanarkən Ermənistan ordusunda təxribatçı qüvvələr genişmiqyaslı təxribatlara gedə bilər. Bununla N. Paşinyana mesaj verilir ki, sülhü əngəllyə bilərik. Ermənistan ordusunda bu bu qüvvələr R. Köçaryan, S. Sarkisyan və Erməni Qriqoryan kilsəsi tərəfindən idarə olunur".

Cavid