İraqın şimalında 22 terrorist öldürülüb Dünya

İraqın şimalında 22 terrorist öldürülüb

Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada İraqın şimalında 22 terrorçunun öldürüldüyü paylaşılıb.
Xalqcebhesi.az-ın xəbərinə görə bu haqda Türkiyənin “A haber” xəbər saytı məlumat verib.
Məlumatda qeyd edilir ki, Nazirlik İraqın şimalında 21 PKK-lı terrorist ilə Suriyanın şimalında 1 PKK/YPG terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Nazirliyin sosial şəbəkə hesabından verilən məlumatda həmçinin deyilir: “Terroristlər onları gözləyən sondan qaça bilmirlər. Qəhrəman Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Qara və Asos bölgələrində müəyyən etdiyi 21 PKK-lı terrorçunu və Suriyanın şimalında Fərat Qalxanı bölgəsində 1 PKK/YPG terrorçunu zərərsizləşdirib. Harada olurlarsa olsunlar, Mehmetçiyin nəfəsi terrorçuların boyunlarının arxasında olmağa davam edəcək”.