İsrailin zərbələri nəticəsində “Hizbullah” rəhbərinin qızının öldüyü barədə məlumat yayılıb Dünya

İsrailin zərbələri nəticəsində “Hizbullah” rəhbərinin qızının öldüyü barədə məlumat yayılıb

İsrailin zərbələri nəticəsində “Hizbullah” rəhbəri Nəsrullahın qızının öldüyü barədə xəbər yayılıb.

APA xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb. Bildirilib ki, “Hizbullah” rəhbərinin qızı Zeynəb Nəsrullahın cəsədi İsrail hərbçilərinin zərbələr endirdiyi yerdə dağıntılar altından tapılıb.

Hələlik bu barədə rəsmi məlumat yoxdur.