“Hizbullah” hərbi əməliyyatlardan əvvəl İsrailin şimalına zərbələr endirib Dünya

“Hizbullah” hərbi əməliyyatlardan əvvəl İsrailin şimalına zərbələr endirib

“Hizbullah” birləşmələri Qərbi Qalileydə yerləşən Zarit, Netuva və Ştulaya kibbutzlarına (İsraildə kollektiv icma növü) raket zərbələri endirib.

APA xəbər verir ki, “Al Mayadeen” telekanalının verdiyi məlumata görə, gecə yarısından sonra 40 dəqiqə ərzində bu yaşayış məntəqələrinə 35 raket atılıb.
Hücumun önləyici xarakter daşıdığı və bununla da İsrail ordusunun elan etdiyi məhdud xüsusi əməliyyat çərçivəsində Livana girməsinə mane olmaq üçün edildiyi bildirilir.

“Telegram” kanalında yayımlanan məlumatda “Hizbullah” döyüşçülərinin hava əməliyyatları və elektron müharibəyə nəzarət mərkəzinin yerləşdiyi İsrailin Meron Hərbi Hava Qüvvələri bazasını da vurduqları bildirilib.