İsrailin aviazərbələri nəticəsində Beyrutda 8 bina dağılıb Dünya

İsrailin aviazərbələri nəticəsində Beyrutda 8 bina dağılıb

İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənubundakı “El Mreyc” bölgəsinə hücumu zamanı səkkiz binadan ibarət yaşayış kompleksi dağıdılıb.

APA xəbər verir ki, TASS müxbirinin verdiyi məlumata görə, qırıcılar bir saatdan az müddətdə Livanın paytaxtında səkkiz reyd keçiriblər.

“Ruveys” məhəlləsində və Rafik Həriri Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən “Burj əl-Barajna” qaçqın düşərgəsində də güclü partlayış səsləri eşidilib.

İnsan tələfatı ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.