“Hizbullah” sərhəd xətti yaxınlığında İsrail əsgərlərini atəşə tutduğunu açıqlayıb Dünya

“Hizbullah” sərhəd xətti yaxınlığında İsrail əsgərlərini atəşə tutduğunu açıqlayıb

“Hizbullah” təşkilatının silahlı birləşmələri “El Edeisa” və “Kfar Killa” kəndləri yaxınlığındakı sərhəd xəttində peyda olan İsrail əsgərlərini atəşə tutub.

APA xəbər verir ki, bu barədə təşkilatın “Telegram” kanalında yerləşdirilmiş bəyanatında deyilir.

“Müqavimət döyüşçüləri sərhədin İsrail tərəfindəki “El Edeisah” və “Kfar Killa” ilə üzbəüz meyvə bağlarında düşmən əsgərlərinin hərəkətini görüb və onlara atıcı silahlardan atəş açıblar. Bir neçə əsgər yaralanıb”, - deyə bəyanatda bildirilir.