Fəth"in yüksək rütbəli komandiri yaralanıb Dünya

Fəth"in yüksək rütbəli komandiri yaralanıb

Fələstinin "Fəth" hərəkatının yüksək rütbəli komandiri Munir əl-Maqda İsrail ordusunun Livanın cənubundakı Ayn əl-Hilve adlı fələstinli qaçqın düşərgəsinə hücumu nəticəsində yaralanıb.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

"Livan 24" xəbər portalının daha əvvəl xəbər verdiyi kimi, hücum nəticəsində beş yerli sakin həlak olub. Onun sözlərinə görə, Munir əl-Maqdanın evinə raketlər atılıb, lakin fələstinli orada olmadığı üçün onu öldürmək cəhdi uğursuz alınıb.

Cavid