İsrail ABŞ-ı inandırıb ki... Dünya

İsrail ABŞ-ı inandırıb ki...

İsrail ABŞ-ı inandırıb şiə "Hizbullah" hərəkatının sərhəd boyu infrastrukturunu məhv etdikdən sonra Livan ərazisindən qoşunlarını çıxaracaq.

Bu barədə Axios portalı mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, "İsrail və Amerika rəsmiləri arasında 48 saatlıq yüksək səviyyəli danışıqlarda İsrail Ağ Evi inandırıb ki, planda aydın məqsədlər var və sərhəddə" Hizbullah" infrastrukturunun məhv edilməsi, daha sonra isə İsrail qoşunlarının çıxarılması daxildir".

Portal ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, bu, “İsrail ordusunun planlarına təsir edir” və 2006-cı il müharibəsinin təkrarlanacağını gözləmir.

Cavid