İsrail Livana daxil olmayıb - “Al Mayadeen” Dünya

İsrail Livana daxil olmayıb - “Al Mayadeen”

İsrail ordusu hissələrinin Livan ərazisinə daxil olması hələ ki, təsdiqini tapmayıb.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, indiyədək “İsrail qüvvələrinin Livan sərhədini keçərək Livan ərazisinə daxil olması ilə bağlı heç bir mənbədən təsdiq yoxdur”.

Bundan əvvəl İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud miqyaslı quru əməliyyatına başladığını açıqlamışdı. Ərəb telekanalları İsrailin hava zərbələri və bitişik əraziləri atəşə tutduğunu bildirir.

Cavid