Ostin və Qalant Livandakı vəziyyəti müzakirə ediblər Dünya

Ostin və Qalant Livandakı vəziyyəti müzakirə ediblər

ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalant ilə Livandakı vəziyyəti və yəhudi dövlətinin hərbçiləri tərəfindən həyata keçirilən əməliyyatları müzakirə edib.

Bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Telefon danışığı zamanı Ostin və Qalant “təhlükəsizlik vəziyyətindəki inkişafları və İsrail əməliyyatlarını” müzakirə ediblər.

Dövlət katibi Ostin ABŞ-ın İsrailin İrana, Livandakı "Hizbullah"a, "Həmas" , husilərə və İranın dəstəklədiyi digər terror təşkilatlarına qarşı özünü müdafiə etmək hüququna dəstəyini bir daha təsdiqləyib.

Cavid