Türkiyəli deputat istefa verib Dünya

Türkiyəli deputat istefa verib

Türkiyənin Ədalət və İnkişaf Partiyasından (AKP) Adana millət vəkili Əhməd Zənbilcinin oğlu T.Z.-nin narkotik alveri ittihamı ilə həbs olunduğu məlum olub. Hadisədən sonra Ə.Zənbilci bu gün istefa verib.
Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “Sözcü gazetesi” xəbər paylaşıb.
Xəbərdə bildirilir ki, Osmaniyə Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində T.Z.-nin istifadə etdiyi avtomobilə baxış zamanı 20 kiloqram skunk ələ keçirilib. Avtomobilin AKP millət vəkili Ə.Zənbilcinin adına olduğu öyrənilib. T.Z nəzarətə alındıqdan sonra Osmaniyə məhkəməsində narkotik ticarəti etdiyi üçün həbs edilib.
Yaşanan bu hadisədən sonra Ə.Zənbilci yazılı bir açıqlama verərək millət vəkili kürsüsündən istefa verib.
O, "oğlumun adının məhkəmə istintaqında hallanması məni çox kədərləndirdi. Heç vaxt təqdir etmədiyim bu vəziyyətə görə ən böyük gözləntim istintaqın səmərəli aparılması və gerçəyin ortaya çıxarılmasıdır",- deyərək partiyasının bu prosesdən zərər görməməsi üçün istefa verdiyini bildirib.