Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
İran rəhbərliyi ölkədəki 5 milyon qaçqının 2 milyonunun 2025-ci ilin martına qədər deportasiya ediləcəyini açıqlaması gözləri Türkiyə-İran sərhədinə çevrilib. Ekspertlər İranın qaçqınlardan geosiyasi təzyiq vasitəsi kimi istifadə etdiyinə diqqət çəkərək, əksəriyyəti əfqanlardan ibarət olan kütlənin Türkiyəyə sıxışdırılacağı təqdirdə böhranın olacağını bildiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “Haber global” saytı məlumat paylaşıb.
Məlumatda bildirilir ki, Yaxın Şərqdə böyük müharibə riski ilə bağlı narahatlıqlar yaşanarkən, İran administrasiyası ölkədəki qaçqınların vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. Rəsmi məlumatlara görə, əksəriyyəti əfqan olmaqla İranda 5 milyondan çox qaçqın var. Onların 2 milyonunun 2025-ci ilin martına qədər deportasiya ediləcəyi açıqlanıb. Ekspertlər gələn il İran-Türkiyə sərhədində böyük fəallığın ola biləcəyinə diqqət çəkərkən, diplomatik təşəbbüslərə indiki zamandan başlanılmalı və sərhəd tədbirlərinin artırılması lazım olduğunu bildiriblər. Digər tərəfdən, İrandan gələn açıqlamaların geosiyasi təzyiq vasitəsi olduğu bildirilərək qaçqınların Türkiyəyə sıxışdırılacağı təqdirdə böhran olacağı xəbərdarlığı edilib.