Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb Dünya

Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb

Rusiya İsrailin Livana hücumunu kəskin pisləyir və Təl-Əvivi dərhal hərbi əməliyyatları dayandırmağa çağırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyası həmçinin, İsraili qoşunlarını Livan ərazisindən çıxarmağa və münaqişənin sülh yolu ilə həlli yollarını axtarmağa çağırır.

"Rusiya dost Livanın rəhbərliyi və xalqı ilə həmrəy olduğunu bildirir", - deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.