Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Dünya Bankı Orta Dəhlizlə bağlı inanılmaz potensiyalı görür. Artıq kifayət qədər yaşıl olan Orta Dəhliz daha da yaşıl ola bilər.
"APA-Economics" xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) ikinci günündə çıxış edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister deyib.
O bildirib ki, ancaq buna nail ola bilmək üçün kifayət qədər ciddi öhdəliklər götürmək lazımdı. Məsələn aşağı emissiyalı olan yanacaqların istehsalına diqqət yetirilməlidir. Eyni zamanda, elektrik batareyalarına investisiyalar artırılmalıdır.
"Aşağı emissiyalı yanacaqlar rəqabət qabiliyyətli olmalıdır, əks halda özəl sektoru bu sahəyə cəlb etmək çətin olacaq" - deyə o, qeyd edib.