Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya Prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransı keçirib. Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat paylaşıb. Məlumatda deyilir ki, İsrailin qanunsuz işğal və ilhaq cəhdlərinə qarşı durmağın bütün dövlətlərin və beynəlxalq təşkilatların əsas vəzifəsi olduğunu qeyd edən R.T.Ərdoğan “Qəzzada dərhal daimi atəşkəs və humanitar yardımların çatdırılması çağırışımı təkrar edirəm. Livan xalqının və hökumətinin də bu müddətdə yanında olmalıyıq. Təhlükəsizlik Şurası başda olmaqla sülhü və təhlükəsizliyi təmin etməkdə məsul olan beynəlxalq təşkilatların təsirsiz qaldığı bu mühitdə Fələstin dövlətinin tanınması daha böyük əhəmiyyət kəsb edir. 7 oktyabrdan bu yana 9 ölkə Fələstin dövlətini tanıyıb. Hələ bunu etməyən ölkələrə də tanınma çağırışımızı təkrar edirik” deyib. Ukraynanın torpaq bütövlüyü mövzusunda Türkiyə ilə razılaşdıqlarını deyən A.Stubb da bölgədə dərhal atəşkəs çağırışını etdiklərini və iki dövlətli həll yolunu dəstəklədiklərini söyləyib.