Moskva: Vaxt yetişib, Paris müstəmləkə metodlarından, o ərazilərə xammal bazası kimi baxmaqdan əl çəkməlidir Dünya
- 2 Oktyabr 17:58
- 1 855
Rusiya Karib dənizindəki Martinik adasında vəziyyətin inkişafını narahatlıqla müşahidə edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Yeni Koledoniyadan sonra Martinikdə də Fransanın narazı xalqa qarşı güc tətbiq etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hakimiyyətin etinasız yanaşması və qarşılıqlı hörmətə əsaslanan dialoqa hazır olmaması dinc nümayişlərin təəssüflər olsun ki, kütləvi iğtişaşlara çevrilməsinə gətirib çıxarıb.
“Son zamanlar artıq ilk dəfə deyil ki, rəsmi Paris Fransanın dənizaşırı ərazilərinin yerli əhalisi ilə qarşılıqlı hörmətə əsaslanan dialoqdan imtina edir, güc tətbiqinə üstünlük verir. Bu ilin may ayında Yeni Kaledoniyada yerli əhalinin etirazları güc yolu ilə yatırılıb, daha sonra siyasi represiyalara başlanılıb”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
Zaxarova vurğulayıb ki, Fransanın dənizaşırı ərazilərində iqtisadi problemlərin gərginləşməsi, siyasi böhranların yaranması dekolonoziyasiya prosesinin başa çatmamasının birbaşa nəticəsidir: “Hər şey yetişib. Hər şey göz qabağındadır. Paris imperiya olmaq istəyir demək düz olmazdı. Çünki çoxdandır, Fransanın belə məsuliyyəti, yəni imperiyanın daşıdığı məsuliyyəti, təsir gücü olmayıb. Lakin Paris özünü imperiya kimi hiss etməyi çox istəyir. Çox istəyir ki, özünü imperiya kimi aparsın. Çox istəyir ki, Fransa imperiyasının əvvəllər əldə etdiyi kimi bonuslar əldə etsin. Buna artıq son qoymaq lazımdır. Artıq vaxtıdır. Fransa siyasətindən xalq narazılığının coğrafiyası genişlənir. Bir daha deyirəm, vaxt yetişib, Paris adət etdiyi müstəmləkə metodlarından, o ərazilərə xammal bazası kimi baxmaqdan əl çəkməlidir. Fransa özü ilə məşğul olmalıdır. Parisdə başqalarını öyrətməyi çox sevirlər, hər zaman özgənin problemlərini necə həll etməyi gözəl bilirlər. Bu möhtəşəm təcrübəni özünə münasibətdə tətbiq etməyin vaxtıdır”.
-
Trampın Ərdoğanla bağlı sözlərinə Fidandan reaksiya...
-
Kiyev niyə türk respublikasına zərbə endirdi?
-
10 minə arvad alan azərbaycanlı məhkəməlik oldu
-
Ərdoğandan yeni konstitusiya mesajı...
-
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
-
Braziliyada ağır qəza: 22 nəfər öldü
-
Bu məlumatı birbaşa İrandan alıram - Hakan Fidan
-
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
-
Bu ərazilərdə qaz olmayacaq
-
Pezeşkiandan təcili qərar: İran valyutası dəyişir
-
Sankt-Peterburqda güclü partlayış baş verdi
-
Leyla Əliyeva Nayrobidə məktəbdə və tibb mərkəzində oldu
-
Çindən ABŞ-a sərt etiraz...
-
Türkiyə və Gürcüstan rəsmiləri regionu müzakirə etdi
-
Türkiyə qırıcıları terrorçuları məhv etdi
-
Bu ölkə də Dəməşqdə səfirliyini bərpa etdi
-
Türkiyədə qar uçqunu: 16 yaşlı idmançı öldü
-
Ərdoğandan Almaniyadakı hücuma sərt reaksiya
-
İranda sərnişin avtobusu qəzaya uğradı: 10 ölü
-
Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü
-
Ərdoğandan Özələ: Qlobal güclərin təlxəyi olmuş CHP...
-
Onların terrorla məşğul olmadığını gördük - Fidan
-
İranın Suriyadakı səfirliyinin əməkdaşı güllələndi
-
Vilayət Eyvazov onu Xaçmaza rəis göndərdi
-
Boks üzrə dünya çempionu öldü
-
Zelenski bu ölkələrdəki səfirləri geri çağırdı
-
Suriyanın yeni XİN başçısı təyin edildi
-
Xalq artisti Ofeliya Sənani palataya köçürülüb
-
Sabah hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq
-
Şalva Papuaşvili: ABŞ Administrasiyası son günlərini ölkəmizə sərf edir
-
Azərbaycana qış gəlib
-
İranın Suriyadakı səfirliyinin əməkdaşı öldürülüb
-
“Şimal-Cənub” dəhlizi ilə bağlı Azərbaycan-Rusiya hökumətlərarası əməkdaşlıq sazişi imzalanıb
-
Bələdiyyə seçkilərində indiyədək namizədliyi qeydə alınanların sayı açıqlanıb
-
Fidandan Berboka: Bunu müttəfiqlərdən gözləyirik!
-
“Fənərbağça” səfərdə xal itirdi
-
Almaniyada maşınlar kütlənin üzərinə sürüldü, 11 ölü, 60 yaralı
-
Colaninin başına qoyulan 10 milyon mükafat ləğv edildi
-
Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan
-
ABŞ İrana əlavə sanksiyalar tətbiq etdi
-
Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
-
Rusiya atəşkəs danışıqlarına razıdır - Orban
-
Mobil şəbəkə operatorları adından dələduzluq
-
ABŞ diplomatları Dəməşqdə: mühüm müzakirə...
-
Tiflisdə aksiya davam edir: parlament binası önündə izdiham
-
ABŞ rus qazı ilə bağlı bizə güzəşt etdi - Orban
-
Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb
-
Diqqət: Hava limanı yolundakı sürət həddi...
-
Şolts Moskvaya gəlir? - Kremldən açıqlama
-
Hakan Fidan Berbokla görüşdü: təfərrüat bəlli deyil
-
Şatdaun olacaqsa, Bayden dövründə olsun - Tramp
-
Bu ölkə Fransaya vaxt verdi: Ordunu tam çıxart!
-
Gürcüstan parlamentariləri Bakıya gəlir
-
Anar Yusifoğlu: “Media savadlılığı demokratik cəmiyyətin mühüm tərkib hissəsidir”
-
İran XİN başçısı bu tarixdə Rusiyaya gedir
-
Polşa Macarıstandakı səfiri geri çağırdı, xəbərdarlıq etdi
-
İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi
-
İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!
-
İlham Əliyevdən İran prezidentinə: Bu tarixi qərar...
-
İlham İlham Əliyev Ərdoğana məktub göndərdi