“Millətin iradəsinə meydan oxumayın”-Əkrəm İmamoğlu Dünya

“Millətin iradəsinə meydan oxumayın”-Əkrəm İmamoğlu

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu İstanbul Region Ədliyyəsində siyasi qadağa tələb edilən “Ahmak davası” ilə bağlı açıqlamalar verib.
Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “Sözcü” qəzeti məlumat paylaşıb.
Məlumatda bildirilir ki, Ə.İmamoğlunun açıqlamalarında diqqət çəkən məqamlar önə çıxıb. O qeyd edib ki, “Ahmak davası” çevriliş cəhdidir: “Bu, hüquqi deyil, siyasi bir davadır. Millət İmamoğlunu harada görmək istəyirsə, İmamoğlu orada olacaq. Bu, əvvəllər də belə olub, bundan sonra da belə olacaq. Qorxmayın, millətin iradəsinə meydan oxumayın. Mərdcə yarışaq. “Ahmak” ifadəsini kimə qaytardığım aydındır. Dünyanın ən çətin siyasi qadağa davasının Türkiyənin gündəmini zəbt etməsini istəmirəm”.