“Müharibə istəmirik”-İran prezidenti Dünya

“Müharibə istəmirik”-İran prezidenti

Müharibə istəmədiklərini deyən İran prezidenti Məsud Pezeşkian bölgədə sülh və hüzurun tərəfdarı olduqlarını qeyd edib.
Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “En son haber” saytı məlumat yayıb. İran Livana hücum edən və ardından Nəsrullahı öldürdürən İsraildən qisas alıb.
M.Pezeşkian regionda artan bu gərginliklə bağlı açıqlama verib.
“Asiya Əməkdaşlıq Dialoqu (AID) Sammiti” öncəsi Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Tani ilə birgə mətbuat konfransı keçirən M.Pezeşkian İranın müharibə istəmədiyini bildirib.
Pezeşkian HƏMAS lideri İsmayıl Haniyənin Tehranda sui-qəsdə uğraması mövzusunda İsrailin onları cavab verməyə məcbur etdiyini qeyd edərək İranın sülhü bərpa etmək üçün təmkin nümayiş etdirdiyini, lakin İsrailin bölgədə hücumlarını gücləndirdiyini bildirib. İran prezidenti İsrailin İrana cavab vermə ehtimalı ilə bağlı "İsrail qarşılıq versə, cavabımız daha sərt olacaq",-deyib.