Aİ Livandan qaçqın axını təhlükəsindən narahatdır Dünya

Aİ Livandan qaçqın axını təhlükəsindən narahatdır

Avropa İttifaqına üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərləri İsrailin Livandakı əməliyyatı fonunda kütləvi qaçqın axını təhlükəsi ilə bağlı mümkün fəaliyyət variantlarını müzakirə ediblər.

Bu barədə Euractiv portalı Avropa Komissiyasının (AK) nümayəndələrinə istinadən məlumat yayıb.

"Brüssel "Livanda humanitar böhran inkişaf etdikcə miqrasiya marşrutlarında" vəziyyəti diqqətlə izləyir və Aİ xarici işlər nazirləri "İsrailin Livana qurudan hücumu ilə bağlı narahatlıqlar fonunda bloka miqrant axınının mümkünlüyünü müzakirə ediblər", AK Euractiv-ə bildirib.

Livanın Baş Naziri Nəcib Mikatinin daha əvvəl dediyi kimi, İsrail ordusunun ölkənin cənub bölgələrini bombalaması səbəbindən hazırda Livan ərazisində 1 milyona yaxın insan didərgin düşüb. Baş nazirin sözlərinə görə, respublika hökuməti “köçkünlərin əsas ehtiyaclarını vaxtında təmin etmək” üçün beynəlxalq təşkilatlarla işləyir.

Cavid