Lavrovun müavini: Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib Dünya

Lavrovun müavini: Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, Türkiyənin BRICS-ə üzvlüklə bağlı müraciətinə də toxunub. Qeyd edib ki, bütün qərarlar konsensus əsasında qəbul olunur:

"Moskva Ankaranın BRICS-ə üzv olmaqla bağlı niyyətinə hörmətlə yanaşır", - deyə Ryabkov vurğulayıb.

Qeyd edək ki, Kazanda BRICS sammiti oktyabrın 22-24-də keçiriləcək.