Nigar Arpadarai: COP-29-un əsas müzakirə mövzusu maliyyədir Dünya

Nigar Arpadarai: COP-29-un əsas müzakirə mövzusu maliyyədir

“COP-29-a bir neçə həftə qalıb. İqlim dəyişikliyi hər hansı gələcək riski və təhdidi deyil. Biz artıq bu məsələni həll etməliyik”.

APA xəbər verir ki, bunu “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda dəyirmi masada COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.

O bildirib ki, temperatur 1.5 çərçivəsində olmalıdır: “Dövlətlər bunu təmin etməlidir. Yaşıl keçid üçün trilyonlarla dollara ehtiyac var. Bu keçiddən faydalanmaq lazımdır. COP-29-un əsas müzakirə mövzusu maliyyədir”.