İstanbul hava limanı Avropanın ən işlək hava limanı olub Dünya

İstanbul hava limanı Avropanın ən işlək hava limanı olub

İstanbul hava limanı 23-29 sentyabr tarixlərini əhatə edən müddətdə gündə orta hesabla 1 min 438 uçuşla Avropanın ən işlək hava limanı olub. Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “Ahaber.com” saytı məlumat verib. Xəbərdə qeyd edilir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUrocontrol) 23-29 sentyabr tarixləri üçün “Avropa Aviasiya Hesabatı” dərc olunub. Hesabata görə, İstanbul hava limanı bu müddət ərzində gündə orta hesabla 1 min 438 uçuşla Avropanın ən işlək hava limanları arasında ilk sırada yer alıb. İstanbul hava limanından sonra hesabatda gündə 1 min 437 uçuşla Amsterdam Şiphol, 1 min 373 uçuşla Paris Şarl De Qoll və 1 min 328 uçuşla London Hitrou gəlib. Antalya hava limanı isə gündə 916 uçuşla siyahıda 10-cu yerdə qərarlaşıb.