Livanda 24 saatda 37 nəfər həyatını itirib Dünya

Livanda 24 saatda 37 nəfər həyatını itirib

İsrail güclərinin 8 oktyabr 2023-cü ildən bəri hücuma davam etdiyi Livanda son 24 saatda 37 nəfər həyatının itirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “Ensonhaber.com” saytı məlumat paylaşıb.
Bildirilir ki, Livan Səhiyyə Nazirliyininin yazılı açıqlamasında İsrailin Livanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda ölənlərlə bağlı məlumat verilib. Açıqlamada İsrailin Livana son 24 saatda təşkil etdiyi hücumlarda 37 nəfərin öldüyü, 151 nəfərin yaralandığı bildirilib. 2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-dən etibarən Livanın paytaxtı Beyrut və cənubu ilə yanaşı, Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava hücumu həyata keçirib.