İstanbul boğazında 2 gəmi toqquşub Dünya

İstanbul boğazında 2 gəmi toqquşub

İstanbul boğazında böyük təhlükə atladılıb. Batumidən Səudiyyə Ərəbistanına üzən 80 metr uzunluğundakı "AYED 1" adlı quru yük gəmisi ilə İspaniyadan Batumiyə üzən 180 metr uzunluğundakı "BUNUN ACE" toplu yük gəmisi Üsküdar sahillərində toqquşub.
Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “takvim.com.tr” saytı xəbər paylaşıb.
Xəbərdə qeyd olunur ki, hadisədə ölən və yaralanan olmayıb. Gəmilərin Ahırkapı sahillərində çəkilməsi üçün çalışmalara başlanılıb.