Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
CHP, DEM Partiyası, Demokrat Partiya, MHP və İYİ Partiya millət vəkillərinin qanunvericilik toxunulmazlığının aradan qaldırılması ilə bağlı sənədlər Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə təqdim edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “haberglobal.com” saytı məlumat paylaşıb.
Məlumatda bildirilir ki, sənədlər TBMM sədri tərəfindən Konstitusiya və Ədalət Komissiyasının üzvlərindən ibarət Birgə Komissiyaya həvalə edilib.
Qeyd edilir ki, sənədləri Birgə Komissiyaya göndərilən deputatlar aşağıdakılardır: CHP İzmir millət vəkili Əhməd Tuncay Özkan və Mahir Polad, DEM Partiyası Ərzurum millət vəkili Meral Danış Beştaş, DEM Partiyası İstanbul millət vəkili Çingiz Çiçək, Demokrat Partiya İstanbul millət vəkili Camal Ənginyurd, MHP Kayseri millət vəkili Mustafa Baki Ərsoy, İYİ Partiya Qrup sədr müavini və Balıkesir millət vəkili Turhan Çömez.