Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Rusiya müdafiə naziri Andrey Belausov Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərinin Silahlı Qüvvələr tərəfindən nəzarətə götürülməsini Prezident Vladimir Putinə məruzə edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Rusiya MN oktyabrın 3-də Uqledar şəhərinin nəzarətə götürüldüyü açıqlayıb. Bildirilib ki, “Vostok” qoşun qruplaşmasının bölmələrinin qətiyyətli fəaliyyəti nəticəsində Donetskin Uqledar şəhəri ələ keçirilib.
Xatırladaq ki, Uqledar Ukrayna Silahlı Qüvvələrinin Yujnodonetsk istiqamətində sonuncu əsas dayaq məntəqəsi olub.
Bu məntəqənin itirilməsi nəticəsində Rusiya qoşunları Zaporojye vilayəti ilə sərhəddə yerləşən Velikaya Novoselka və Ukrayna qoşunlarının güclü müdafiə xətləri ilə təchiz etdiyi Kuraxovo istiqamətində irəliləyə biləcəklər.
Bundan əlavə, Uqledarın ələ keçirilməsi Donetsk-Mariupol avtomobil yolununun təhlükəsizliyini tam təmin edib və Volnovaxanı zərbə hədəfindən uzaqlaşdırıb.