MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib Dünya
- 16:24
- 546
Oktyabrın 4-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclası keçirilib. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.
DTX-dan APA-ya verilən məlumata görə, öncə nümayəndə heyətlərinin rəhbərləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul ediliblər. Daha sonra Şuranın iclası öz işinə başlayıb.
İclas çərçivəsində MDB ölkələrinin təhlükəsizliyinin məruz qaldığı xarici təsirlər, təşkilata üzv dövlətlərin üzləşdikləri təhdidlər, xüsusən də beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı aparılan birgə mübarizənin səmərəliliyinin artırılması barədə çıxışlar edilmiş və ətraflı fikir mübadiləsi aparılıb. Bildirilib ki, MDB məkanında yerləşən respublikaların təhlükəsizliyinə yönələn müasir çağırışlar, regionda sabitliyin pozulmasını qarşılarına məqsəd kimi qoymuş və bölgədə ümumi vəziyyətin gərgin saxlanılmasında maraqlı olan bəzi xarici dairələrinin kəşfiyyat-pozuculuq əməlləri ilə müşayiət edilən destruktiv fəaliyyət Birlik dövlətlərinin xüsusi xidmət orqanlarının daim ayıq-sayıq olmasını, səyləri birləşdirərək koordinasiyalı şəkildə işləməsini, əməkdaşlığın davamlı gücləndirilməsini, qazanılmış təcrübənin və əldə olunan əməliyyat məlumatlarının tərəfdaş qurumlar arasında mütəmadi bölüşülməsini zəruri edir.
Həmçinin qeyd olunub ki, təhlükəsizliyin təminatını ciddi risk altına alan transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya kimi məsələlərin son zamanlar özünü daha qabarıq göstərməsi MDB ölkələrinin xüsusi xidmət orqanlarının bu hallara qarşı getdikcə daha kəsərli addımlar atmalı olduğunu şərtləndirir.
Tədbirin gedişatında mənfi təzahürlərlə mübarizədə təhlükəsizlik təşkilatlarının qarşısında duran mühüm vəzifələr və gələcəkdə həyata keçirilməsi vacib olan tədbirlərə dair geniş müzakirələr aparılıb.
-
XİN: Ermənistanın sülhsevər açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədli manipulyasiyadır
-
“Azərenerji” ASC-nin Prezidentinə şiddətli töhmət verilib
-
KİV: Hizbullahın yeni lideri Haşim Səfi əd-Din İsrailin aviazərbələri nəticəsində öldürülüb
-
XİN: Ermənistan davamlı sülhdə maraqlı deyil
-
MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib
-
Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
-
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib
-
“İran bununla özünün məhvinə fərman vermiş olar”-Qüdrət Həsənquliyev
-
Suriyada ABŞ bazasına raket hücumu olub
-
HƏMAS komandirinin İsrail ordusunun hava hücumunda öldürüldüyünü təsdiqləyib
-
ABŞ ordusu Yəməndə 15 hədəfə zərbə endirib
-
Tramp hesab edir ki, İsrail İranın nüvə obyektlərini vurmalıdır
-
Xamneyi ölümündən əvvəl Həsən Nəsrullaha Livanı tərk etməsi barədə xəbərdarlıq edib
-
“Hizbullah” İsrail hərbçilərini vurduğunu açıqlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
Zərdabda narkokuryer saxlanılıb
-
BMT Baş katibi BRICS-in Kazan sammitində iştirak edəcək
-
Qanunsuz olaraq yaşıllıqları kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir
-
NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri müzakirə edilib
-
Həmyerlimizin Avropadakı uğuru
-
Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir
-
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib
-
Türkiyədə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub
-
İspaniya döyüş təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
-
“Waze” şirkətinin təsisçisi Bakıya gəlir
-
Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır
-
Babək rayonunda evdən 9 min manat oğurlanıb
-
Gəmilərdən zibil və başqa predmetlər atmağa görə cərimə 10 dəfə artırılır
-
Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq
-
Qatarların vaqonlarının pəncərələrindən zibil atanlar 500 manat cərimələnəcək
-
Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
-
İsrail ordusu yenidən Beyruta zərbələr endirib
-
Uşaq müəssisələrinə nəzarət artırılır
-
“Düşünürəm ki, Çexov burada da hansısa məqamda mesaj verir”-Ərtoğrul Kamal
-
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
-
Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi Bakı Təşəbbüs Qrupuna təşəkkür edib - BƏYANAT
-
Ekosidə görə cinayət məsuliyyəti müəyyənləşir
-
“Bu obraz Azərbaycan teatr səhnəsində ilk dəfədir canlandırılır”- Nicat Əli
-
“Ancaq bu halda insanlar qısa məsafələri piyada gəzəcək”
-
Dünyanın ən zəngin ikinci adamı Mark Zukerberq olub
-
Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə yaşıl layihə həyata keçiriləcək
-
“İctimai nəqliyyatın çeşidli növlərinə mərhələli şəkildə investisiya qoyulmalıdır”
-
Gürcüstan hakimiyyəti Qərblə əlaqələri sona çatdırır
-
Rusiya müdafiə naziri Donetskin Uqledar şəhərinin nəzarətə götürülməsini Putinə məruzə edib
-
Səhiyyə sahəsi iqlim dəyişikliyi müzakirələrində getdikcə daha vacib yer tutur
-
“Nəqliyyat əlçatanlığı biznes subyektlərin yerinin dəyişməsinə də stimul olacaq”
-
Azərbaycan və Əfqanistan “Lapis Lazuli” marşrutu üzrə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə edib
-
İranın XİN rəhbəri Beyrutda Livanın baş naziri ilə görüşüb - YENİLƏNİB
-
“Yeni dəmiryol stansiyaları tikmək sərnişin sıxlığını azalda bilər”
-
TBMM-ə yeni toxunulmazlıq sənədləri göndərilib
-
Qərb standartları
-
İstanbul boğazında 2 gəmi toqquşub
-
Qaxda it şagirdə xəsarət yetirib
-
Akademik Musiqili Teatrda “Killerdən teleqram”ın premyerası olacaq
-
Livanda 24 saatda 37 nəfər həyatını itirib
-
Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında memorandum imzalanıb
-
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-1
-
Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
-
Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür
-
Şəbistərdə milli məhbusa dəstək aksiyası keçirildi