KİV: Hizbullahın yeni lideri Haşim Səfi əd-Din İsrailin aviazərbələri nəticəsində öldürülüb Dünya

KİV: Hizbullahın yeni lideri Haşim Səfi əd-Din İsrailin aviazərbələri nəticəsində öldürülüb

Hizbullahın yeni lideri Haşim Səfi əd-Din İsrail ordusunun aviazərbələri nəticəsində öldürülüb.

APA xəbər verir ki, bu barədə “Al-Arabiya” bir neçə mənbəyə istinadən məlumat yayıb.

***

15.07

İsrailin Beyrutun cənubuna zərbələri davam etdirməsi xilasedicilərin oktyabrın 4-də Hizbullahın yeni baş katibi Haşim Səfi əd-Dinin də içərisində olduğu bunkerə hücum yerində axtarış işləri aparmasına mane olub.

APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail oktyabrın 4-də Beyrutun cənubuna hücum zamanı Hizbullahın yeni liderinin də olduğu bunkeri hədəf alıb.

İsrail rəsmiləri hücum zamanı Hizbullahın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə toplantı keçirdiklərini güman etdiklərini bildirmişdilər.

O da bildirilir ki, oktyabrın 4-dəki hücumlardan sonra Hizbullahın yeni lideri ilə əlaqə kəsilib.