Avropada səhralar əmələ gələ bilər Dünya

Avropada səhralar əmələ gələ bilər

Cənubi Avropa ərazisində səhralar əmələ gələ bilər. Qlobal istiləşmə onların formalaşmasına səbəb olacaq. Bu barədə “The Daily Telegraph” BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası ekspertlər qrupunun sədri Cim Skiyə istinadla məlumat verir.

“Bütün Avropa həssasdır, xüsusən də Aralıq dənizi. Biz artıq səhralaşmanın təkcə Şimali Afrikada deyil, həm də Yunanıstan, Portuqaliya və Türkiyə kimi Avropanın cənub ətrafında baş verdiyini müşahidə edirik”, - deyə o, bildirib.

Ekspertin sözlərinə görə, qlobal istiləşmə bir çox ölkəNin iqlimini rütubətli və istiyə dəyişə bilər. Bu, müxtəlif iqtisadi fəaliyyət növlərinin aparılmasını çətinləşdirəcək. Cim Ski əmindir ki, artıq 2100-cü ilə qədər bölgədə temperatur 3 dərəcə Selsi yüksələcək.

Həmçinin, Hökumətlərarası ekspertlər qrupunun sədri vurğulayıb ki, bəşəriyyət kataklizmlərin qarşısını almaq şansını artıq əldən verib və indi qlobal istiləşmənin sürətini cilovlamaq üçün dünya əhalisindən görünməmiş səylər tələb olunacaq.