ABŞ-ın təbii fəlakətlərlə mübarizə üçün vəsaiti yoxdur Dünya

ABŞ-ın təbii fəlakətlərlə mübarizə üçün vəsaiti yoxdur

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ABŞ hökumətindən getdikcə daha böyük maliyyə xərcləri tələb edir və nə vaxtsa bu xərclər sadəcə olaraq “əlçatmaz” olacaq.

Bu proqnozu ekspert Zoe Şlanqer Atlantik üçün yazdığı məqalədə verib.

"Bir nöqtədə, xərclər sadəcə dayanıqsız olacaq" deyib.

Ekspertin fikrincə, hazırda baş verən ciddi iqlim dəyişiklikləri ABŞ büdcəsindən milyardlarla dollar tələb edəcək bir sıra yeni təbii fəlakətlərə səbəb olacaq.

"Hökumətin büdcədən pul ayırdığı fəlakətlər ilə irimiqyaslı təbii fəlakətlərin real nəticələri arasında bu uyğunsuzluq hər zaman baş verir”, - deyə Şlanqer son Harvey, Mariya və Florensiya qasırğalarına istinad edərək bildirib.

Xatırladırıq ki, ABŞ-ın Atlantik okeanı sahillərində tüğyan edən “Helen” qasırğasının artıq 200-dən çox insan qurbanı olub.

Cavid