Co Bayden 50 ölkənin lideri ilə qlobal münaqişələrin müzakirəsi üçün Almaniyaya gedəcək Dünya

Co Bayden 50 ölkənin lideri ilə qlobal münaqişələrin müzakirəsi üçün Almaniyaya gedəcək

ABŞ prezidenti Co Bayden oktyabrın 12-də Berlinə səfəri zamanı Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə Yaxın Şərq və Rusiya-Ukrayna münaqişələrinin müzakirəsini planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə məlumatı “Agence Franse-Presse” yayıb.

Bildirilib ki, müzakirələrdən sonra liderlər “Rammstein” hərbi bazasına gedərək, Ukrayna lideri Vladimir Zelenskinin və 50 tərəfdaş dövlətinin iştirakı ilə bu ölkəyə hərbi dəstək məsələsini nəzərdən keçirəcək.

Sözü gedən görüşə Ukraynanın 50 beynəlxalq tərəfdaşı qatılacaq.

Ağ Ev rəhbərinin Almaniyaya səfəri zamanı həmkarı Frank-Valter Ştaynmayer ilə də müzakirələri nəzərdə tutulub.

Qeyd edək ki, sonuncu belə görüşdə V. Zelenski Rusiya ordusunun həmlələrindən etibarlı müdafiə üçün müttəfiqlərin əlavə silah-sursat tədarükünə ehtiyac yarandığını açıqlayıb.