Bayden “Milton” qasırğasına görə xaricə rəsmi səfərlərini təxirə salıb Dünya

Bayden “Milton” qasırğasına görə xaricə rəsmi səfərlərini təxirə salıb

ABŞ Prezidenti Cozef Bayden güc şkalasına görə 4-cü kateqoriyaya aid edilən “Milton” qasırğasının ölkə ərazisinə yaxınlaşması ilə əlaqədar oktyabrın 10-15-ə planlaşdırılan Almaniya və Anqolaya səfərlərini təxirə salıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin yazılı açıqlamasında deyilir.

“Milton” qasırğasının proqnozlaşdırılan trayektoriyasını və şiddətini nəzərə alaraq, Bayden qasırğaya hazırlıqla bağlı addımları idarə etmək və onun yaxınlaşması ilə əlaqədar, eləcə də ölkənin cənub-şərqində “Helen” qasırğasının vurduğu ziyanın aradan qaldırılması üzrə tədbirlər görmək üçün Almaniya və Anqolaya qarşıdakı səfərini təxirə salıb”, - o bildirib.

Amerika liderinın Almaniyada qərbli həmkarları ilə Ukraynadakı vəziyyəti müzakirə edəcəyi gözlənilirdi.