Bu aviaşirkət İrana uçuşları ləğv etdi Dünya

Bu aviaşirkət İrana uçuşları ləğv etdi

"Emirates" aviaşirkəti İrana və əks istiqamətə olan bütün reysləri ləğv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında deyilir.

Reyslərin ləğvi qərarının əsas səbəbi İran-İsrail gərginliyinin pik həddə olmasıdır.