İsrail İran səfirliyi yaxınlığına zərbə endirdi: 7 ölü, 11 yaralı Dünya

İsrail İran səfirliyi yaxınlığına zərbə endirdi: 7 ölü, 11 yaralı

21:59

Suriyanın havadan hücumundan müdafiə sistemləri (HHM) Dəməşq üzərində raket hücumlarını dəf edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

***

İsrail Hərbi Hava Qüvvələri Dəməşqin Mazze rayonunda yaşayış binasına zərbə endirib.

Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Məlumata görə, zərbənin endirildiyi ərazinin yaxınlığında İran səfirliyi binası yerləşir.

***

İsrailin Suriya paytaxtının Mazze məhəlləsində yaşayış binasına endirdiyi zərbə nəticəsində azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.

Bu barədə Suriya Müdafiə Nazirliyininin məlumatında deyilir.