Lukaşenko Gürcüstan və Moldovanın MDB-yə qayıtmasını məqsədəuyğun hesab edib Dünya

Lukaşenko Gürcüstan və Moldovanın MDB-yə qayıtmasını məqsədəuyğun hesab edib

Gürcüstan və Moldovanın Müstəqil Dövlətlər Birliyinin tərkibinə qayıtmasını məqsədəuyğun sayıram.

APA-nın BELTA-ya istinadən məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, hazırkı şəraitdə bu, son dərəcə vacib addımdır.

Belarusun lideri ölkəsinin Ukraynada normal həyat şəraitinin bərpasında iştirak etmək niyyətini də açıqlayıb.