Türkiyədə PKK-ya bağlı 3 şübhəli saxlanılıb Dünya

Türkiyədə PKK-ya bağlı 3 şübhəli saxlanılıb

Türkiyənin Adıyaman bölgəsində polisin terror təşkilatı PKK-ya qarşı keçirdiyi əməliyyatda 3 şübhəli saxlanılıb. Xalqcebhesi.az-ın Türkiyənin “sondakika.com” saytına istinadən məlumatına görə, bölgə Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları terror təşkilatı PKK ilə əlaqəsi olduğu müəyyən edilən 3 şübhəlinin ünvanlarında əməliyyat keçirib. Axtarış aparılan ünvanlarda rəqəmsal material ələ keçirilərkən 3 şübhəli saxlanılıb. Adları açıqlanmayan şübhəlilər polis bölməsindəki əməliyyatlardan sonra “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə ədliyyəyə sövq edilib.