İsrail Qəzzadakı tək çörək zavodunun un anbarını bombalayıb Dünya

İsrail Qəzzadakı tək çörək zavodunun un anbarını bombalayıb

İsrail qüvvələri Qəzzanın şimalındakı yeganə çörək zavodunun un anbarını bombalayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “ensonhaber.com” xəbər saytı məlumat verib.
Məlumatda qeyd edilir ki, İsrail qüvvələri bir ildir bombardman etdikləri Qəzzaya hücumlarını davam etdirir. Bölgədə yaşayan dinc əhali xəstəlik və müharibə ilə mübarizə apararkən, ərzaq ehtiyatları tükənmək üzrədir. Birləşmiş Millətlər Təşkilatının (BMT) 2023-cü ildə dərc etdiyi hesabatda İsrailin Qəzzada vətəndaşları sözün əsl mənasında ölümə tərk etdiyi vurğulanmışdı. BMT Qəzzanın şimalındakı bütün çörək zavodlarının "yanacaq, su və buğda unu çatışmazlığı" və bir çox çörək zavodlarının zədələnməsi səbəbindən bağlandığını təsdiqləmişdi.
Nəhayət, İsrail qüvvələri Qəzzanın şimalındakı yeganə çörək zavodunun un anbarını bombalayıb.
Qeyd edək ki, vurulan çörək zavodu Beyt Lahiya, Beyt Hanun və Cebaliye bölgələrini un və çörəklə təmin edirdi.