TBMM-də millət vəkillərini ayağa qaldıran çıxış Dünya

TBMM-də millət vəkillərini ayağa qaldıran çıxış

CHP Tekirdağ millət vəkili Nurtən Yontar süd vəzi xərçəngi ilə maarifləndirmə ayına diqqət çəkmək üçün Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı parikini çıxararaq kürsüyə qoyub. Məclisdəki bütün deputatlar N.Yontarı alqışlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “haberler.com” saytı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, TBMM-dəki qapalı İsrail iclasından sonra TBMM sədrinin müavini Gülizar Biçər Karaca öldürülən qadın və uşaqlar üçün bir dəqiqəlik sükut nümayişi keçirib. Bir dəqiqə boyunca danışmayan G.B.Karaca “Söz susur, ədalət susar, yaddaşlar isə müqavimət göstərər” deyib. Narin, Şeyda, Pelin, İkbal, Ayşenur və qətlə yetirilərək susdurulan bütün qadın və uşaqlar üçün bir qadın parlament sədrinin müavini olaraq seçimimi bir dəqiqəlik susmaqdan yana istifadə etdim deyərək “qadınlar yaşasın, uşaqlar yaşasın” deyə əlavə edib.
TBMM-də bəzi millət vəkilləri Karacanın bu hərəkətini alqışlarla dəstəkləyib. Karaca daha sonra üç millət vəkilinə gündəmdən kənar söz verib. CHP Tekirdağ millət vəkili Nurtən Yontar süd vəzi xərçəngi ilə maarifləndirmə ayı ilə bağlı gündəmdən kənar çıxış edib. 1-31 oktyabr süd vəzi xərçəngi ilə maarifləndirmə ayına diqqət çəkmək istəyən N.Yontar çıxışı ilə alqış toplayıb. Süd vəzi xərçəngi ilə mübarizə aparan N.Yontar kürsüdə parikini çıxarıb. O, “Uşaqlıq boynu xərçənginə qarşı qorunma təmin edən HPV peyvəndi, yeniyetməlik dövründən etibarən hər qadına vurulmalıdır. HPV peyvəndini müntəzəm olaraq tətbiq edən ölkələrdə aparılan araşdırmalarda bu xərçəngdən 80 faiz qorunma təmin etdiyi göstərilib. Bu xərçəngə tutulmamaq üçün HPV peyvəndinin Səhiyyə Nazirliyi tərəfindən pulsuz ödənilməsi böyük əhəmiyyət kəsb edir” deyib.
Süd vəzi xərçəngi ilə bağlı məlumatlılığın artırılması lazım olduğunu bildirən N.Yontar, "Biz qadınlar, əmin olun ki, çox güclüyük" deyə bildirib. O, çıxışının sonunda “Yaşamaq yaxşıdır, amma sağlam yaşamaq və yaş almaq hər şeydən daha yaxşıdır” deyərək parikini çıxarıb və maska taxıb. TBMM-də bütün millət vəkilləri onu ayaq üstə alqışlayıblar.