Türkiyə vətəndaşlarının Livandan təxliyyəsinə başlanılıb Dünya

Türkiyə vətəndaşlarının Livandan təxliyyəsinə başlanılıb

Livanı tərk etmək üçün müraciət edən Türkiyə vətəndaşlarının təxliyyəsinə başlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “birgun.net” xəbər saytı məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, İsrailin işğal və hücumlarından sonra Livanı tərk etmək üçün müraciət edən Türkiyə vətəndaşlarının dəniz yolu ilə təxliyyəsinə başlanılıb. Amfibiya gəmiləri Beyrut limanına gətirdikləri humanitar yardımı boşaltdıqdan sonra Türkiyə vətəndaşı olan mülki insanları təxliyyə edərək Türkiyəyə gətirəcək.

Türkiyənin Beyrutdakı səfiri Əli Barış Ulusoy təxliyyənin Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus ümumi daşıma qabiliyyəti 2 min nəfər olan iki gəmi tərəfindən həyata keçiriləcəyini açıqlayıb. Vətəndaşlar gəmilərlə Mərsin Limanına gətiriləcək. Mərsinə gələn vətəndaşların orada qarşılanacağını deyən Ə.B.Ulusoy, Türkiyə vətəndaşlarına zəruri əsas ehtiyacları ilə bağlı köməklik göstəriləcəyini bildirib. O əlavə edib ki, Livanda təxminən 13-14 min Türkiyə vətəndaşı var və bugünkü təxliyə əməliyyatı üçün 2 min vətəndaş müraciət edib.