2025-ci ildə ixracatda yeni model Dünya

2025-ci ildə ixracatda yeni model

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək ixrac bazarlarındakı tələb şərtləri ilə bağlı verdiyi açıqlamada “2025-ci ildə diskont kreditləri ilə yüksək texnologiyalı və əlavə dəyərli istehsal üçün daha çox imkanlar verəcək yeni bir modelə keçəcəyik” deyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “ahaber.com” xəbər saytı məlumat paylaşıb.

Məlumatda deyilir ki, M.Şimşək sosial media hesabında 9 aydır ardıcıl olaraq güclənən ixrac bazarlarında tələb şərtləri ilə bağlı paylaşım edib. Nazir paylaşımında həmişə ixracatçılarımızın yanındayıq, 2023-cü ilin may ayında 300 milyon TL olan diskont kreditlərinin gündəlik limitini 4 milyard TL-yə qaldırdıq deyib: “Exim bankın kapitalını 21,9 milyard TL artıraraq 35,7 milyard TL-yə yüksəltdik. Diskont faizinə 25,9 səviyyəsində yuxarı hədd qoyduq və diskont kreditinin istifadəsində 30 faiz əlavə ixrac qiyməti satış şərtini qaldırdıq. Xidmət ixracı gəlirlərində vergidən azad edilməni 30 bal artıraraq 80 faizə çatdırdıq. Exim bankın beynəlxalq təşkilatlardan verdiyi kreditlər üçün təqribən 1,1 milyard dollar xəzinə ödənişi zəmanəti və əks-zəmanət verdik. 2025-ci ildə yenidən diskont kreditləri ilə yüksək texnologiyalı və əlavə dəyərli istehsal üçün daha çox imkanlar təmin edəcək yeni modelə keçəcəyik. Balanslaşdırılmış və davamlı yüksək artım hədəfimizə nail olmaq üçün kritik ixracatlara güclü dəstəklərimiz davam edəcək”.